BaşlıcaBeynəlxalqSiyasət

Rusiya və İran Xİ nazirləri DQ məsələsini müzakirə edib

Rusiya və İran Xİ nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif telefon əlaqəsi vasitəsilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

“Rusiya tərəfinin münaqişə zonasında tam atəşkəsə nail olmaq üçün göstərdiyi səylər, həmçinin hərbi əməliyyatların təsirinə məruz qalan mülki əhaliyə humanitar yardımın göstərilməsi nəzərə alınmaqla, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib”- deyə Rusiya XİN məlumatında bildirilib.

Tərəflərin Suriya, İran körfəzi, Yəmən və Əfqanıstandakı vəziyyət daxil olmaqla digər əsas mövzular ətrafında da fikir mübadiləsi apardıqları qeyd olunub.

İranla nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı məsələsi də daxil olmaqla, Rusiya ilə İranın beynəlxalq platformada əməkdaşlığına xüsusi diqqət yetirilib.

Qeyd olunur ki, Lavrov və Zərif ticarət-iqtisadi və humanitar sahələrə də toxunublar. Qarşılıqlı maraq doğuran məsələlərin bütün spektrləri üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəlinib.

Daha çox göstər
Back to top button