
ER Xarici işlər naziri Ara Ayvazyan, ABŞ Dövlət katibinin müavini Stiven Biqın ilə telefon danışığı edib.
“Armenpress” in Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Katibinin müavini Bigın Ara Ayvazyanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ABŞ və Ermənistan arasında sıx əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirdi.
Həmsöhbətlər ABŞ-ın humanitar yardımı və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səyləri müzakirə etdilər.