ArtsaxBaşlıcaİctimaiyyət

Bu gün Ermənistan və Artsax qəhrəmanı Monte Melkonyanın ad günüdür

Bu gün, 25 noyabrda Artsax qəhrəmanı, Ermənistanın Milli qəhrəmanı Monte Melkonyanın (Avo) ad günüdür. Monte 1957-ci ildə Erməni Soyqırımından sağ qalan və ABŞ-ın Kaliforniya ştatında yaşayan ailədə anadan olmuşdu.

Melkonyan bütün həyatı boyunca ermənilərin hüquqları, Erməni Soyqırımının tanınması və böyük vətəninin bərpası uğrunda mübarizə aparmışdır.

1980-ci ildən Monte Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusuna qoşulub qısa müddətdə onun rəhbərlərindən biri olmuşdu.

Monte 1991-ci ildə ER-ya qayıdır. O zaman artıq Ermənistan-Azərbaycan silahlı qarşıdurması başlamışdı. Eyni il, entyabr ayında Monte Artsaxa gedir. Atsaxda ona Avo adını verirlər.

Monte 1992-ci ildə Martuni rayonunun müdafiəsini təşkil edən Baş qərargahın rəisi vəzifəsinə təyin olunmuşdu.

Martuni onun rəhbərliyində ən müdafiə olunmuş rayonuna çəvirilmişdi. 1993-cü ilin mart-april aylarında Monte Melkonyanın rəhbərliyi ilə Karvatçar da azad olunmuşdu.

Monte 1993-cü il iyunun 12-də Ağdamda Azərbaycan tərəfinin zirehli maşınından açılmış atəşdən həlak olmuşdur.

Bu gün, Montenin ad günündə Karvatçar qapıları erməni tərəfi üçün bağlandı.

Daha çox göstər
Back to top button