
“SputnikArmeniya”nın verdiyi məlumata görə, Artsaxla bağlı üçtərəfli bəyanatın mövcudluğu hər gün bir daha təsdiqlənir.
Bu haqda RF Xarici işlər naziri Sergey Lavrov bu gün “Rusiya 24” telekanalında deyib.
Rusiya Xarici işlər nazirinin sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanan atəşkəs öhdəliklərinin hamısı yerinə yetirilir.
“Rus sülhməramlıları ən qısa müddətdə müvafiq fəallıq göstərdilər.
Həm erməni, həm də Azərbaycan icmaları ilə sıx əməkdaşlıq edir, humanitar məsələlərin həllinə kömək edirlər”-deyərək Rusiyanın Xİ naziri qeyd edib.