
ER Baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağın statusu barədə Ermənistanın mövqeyi dəyişməyib. Bunu Nikol Paşinyan TACC-a müsahibəsində qeyd edib.
“Siz Dağlıq Qarabağın statusu barədə Ermənistanın mövqeyini bilirsiniz və mövqeyimiz dəyişməz olaraq qalıb”,-deyə Paşinyan vurğulayıb.
Paşinyanın sözlərinə görə, Qarabağın statusu ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində müəyyən edilməlidir.
“Faktiki olaraq, ATƏT-in həmsədrləri arasında konsensus var və Ermənistan danışıqlar prosesinin ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində davam olunmasının tərəfdarıdır və birgə bəyanatla öz həllini tapmayan məsələlər ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə olunmalıdır”.