ArtsaxBaşlıcaSiyasət

Qarabağda sülhməramlıların yerləşdirilməsi 5 illə məhdudlaşmayacaq: Paşinyan

Qarabağda sülhməramlıların yerləşdirilməsi böyük ehtimalla 5 illə məhdudlaşmayacaq. Bunu TAC-a müsahibədə ER Baş naziri Nikol Paşinyan deyib.

“Gələcək 5 il ərzində bölgədə təhlükəsizlik və sabitlik zəmanətləri yaratmağı bacarmalıyıq, lakin münaqişənin həlli uzadınca, düşünmürəm ki, rus sülhməramlıların Qarabağda yerləşdirilməsi 5 illə məhdudlaşdırılsın”,-deyə Paşinyan qeyd etdi.

Onun sözlərinə görə, beş illik müddət Qarabağda sülhməramlıların mövcudluğunun avtomatik olaraq uzadılması ehtimalını nəzərdə tutan prosesin başlanğıcıdır.

“Hesab edirəm ki, hazırda əsas məsələ Dağlıq Qarabağda və regionda sabitliyin saxlanılması və DQ vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasıdır. Ümid edirəm ki, rus sülhməramlıları uğurlu olacaq və bu missiyanı həqiqətən yerinə yetirə biləcəklər”,-deyə Baş nazir vurğuladı.

Daha çox göstər
Back to top button