BaşlıcaSiyasət

Azərbaycan SQ abidələri, erməni hərbçilərin məzarlarını təhqir edib: ER Baş Prokurorluğu

ER Baş Prokurorluğu bildirib ki, müharibə zamanı və atəşkəsin təsdiq olunmasından sonra Azərbaycan SQ tərəfindən tarixi və mədəni dəyəri olan bir çox abidə dağıdılıb, zədələnib və ya təhqir olunub.

“Xüsusilə, sentyabrın 27-dən noyabrın 9-dək  Azərbaycan silahlı qüvvələri artilleriya atəşiylə Ğazançetsots Kilsəsinə ziyan vurub. Kilisənin xarici və daxili divarlarının üstündə müxtəlif yazılar yazaraq onu təhqir ediblər. Avetaranots kəndindəki Böyük Vətən müharibəsi qurbanlarına həsr olunmuş abidə, müxtəlif yaşayış məntəqələrində yerləşdirilən xaçdaşlar, erməni hərbçilərin qəbiristanlıqları və onların xatirəsinə ucaldılmış abidələr bu cür “davranış”ın qurbanları oldu”- deyə açıqlamada qeyd olunur.

Üçtərəfli atəşkəs razılaşmasının qəbul edilməsindən sonra Şuşidəki “Yaşıl saat” kilsəsinin günbəzi və zəng qülləsi Azərbaycan silahlı qüvvələri tərəfindən məhv olunub. Noyabrın 16-da internetdə yayılan videoya görə, Azərbaycan SQ hərbi qulluqçuları Artsaxın Mexakavan qəsəbəsindəki (Cəbrayıl) Zoravor Surb Astvatsatsin Kilsəsini təhqir edərək zədələdilər və kilsə xaçını qırdılar. Vazgen Sarkisyanın abidəsinin üstündə oturaraq onu da təhqir ediblər.

ER Baş Prokurorluğu qeyd olunan faktlara Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) diqqətini, habelə mədəni dəyərlərin qorunması ilə məşğul olan digər beynəlxalq təşkilatların diqqətini cəlb etmək üçün tədbirlər görür.

Qeyd olunan hadisələrlə bağlı ER Cinayət Məcəlləsinin 384-cü maddəsinin 2-ci hissəsi (təcavüzkar müharibə), 390-cı maddəsinin 3-cü hissəsinin 1-ci və 2-ci nöqtələri (silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının ciddi şəkildə pozulması), 391-ci maddəsinin 3-cü hissəsi (silahlı münaqişə zamanı hərəkətsizlik və ya cinayət əmrinin verilməsi), 387-ci maddəsinin 1-ci hissəsi (müharibə zamanı qadağan edilmiş vasitələrdən, metodlarından istifadəsi), 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci, 6-cı, 7-ci, 13-cü nöqtələri (qətl) və ER Cinayət Məcəlləsinin 185-ci maddəsinin 3-cü hissəsinin 1-ci və 2-ci nöqtələriylə (əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi) açılmış cinayət işləri çərçivəsində istintaq aparılır.

Daha çox göstər
Back to top button