Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirusa yoluxma üzrə yeni antirekord

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 3705 yeni hal aşkarlanıb. 1609 nəfər müalicə olunub, 32 nəfər vəfat edib.
Bu barədə noyabrın 26-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib. Bu göstərici növbəti antirekord olub.
Ölkədə yoluxanların ümumi sayı 106 101-ə çatıb, 68 273 nəfər müalicə olunub, 1 256 nəfər vəfat edib. Aktiv xəstə sayı 362 73 nəfərdir.
Ötən sutka ərzində 19 178, pandemiya dövründə 1 665 832 test keçirilib.