BaşlıcaSiyasət

Əsirləri verməsələr, torpağı təhvil verməməyi təklif edəcəyik: Hrant Toxatyan

Erməni ziyalıları Fransanın Ermənistandakı səfirliyinə erməni əsirlərinin və həlak olmuş hərbi qulluqçuların cəsədlərinin qaytarılmasını tələb edən məktubu təqdim ediblər.

Aktyor Hrant Toxatyan jurnalistlərə bildirib ki, səfirlik təmsilçisi məktubu bu gün səfirə təhvil verəcəyinə söz verib.

“Bütün məktubların surətlərini həm AİHM-dəki nümayəndəliyimizə, həm də ER İHM-ə təhvil veririk. Bütün addımlarımızı onlarla əlaqələndiririk”- deyə Toxatyan qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan əsirləri qaytarmaq öhdəliyini yerinə yetirmirsə, torpaq verilməməsi şərti qoyula bilər.

Toxatyana görə, Minsk qrupu belə bir addım ata bilər ki, Azərbaycan ayılsın. Sabah ziyalılar ER  hökumətinə məktub verəcəklər və məktubda bu təklif də olacaq.

Toxatyan qeyd edib ki, ER hökumətinə ünvanlanan məktubda sual veriləcək ki, əsirləri geri qaytarmaq üçün hansı addımlar atılır. O əlavə edib ki, ER hökumətinin etdiyi hər hansı bir hərəkəti onlara məlum deyil.

Daha çox göstər
Back to top button