ArtsaxBaşlıca

Dağlıq Qarabağda 750 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Dağlıq Qarabağda rus sülhməramlıların nəzarətində olan ərazidə mühəndislik-kəşfiyyat və minatəmizləmə işləri davam edir.

Şuşi-Lisagor yolunun 3 kilometri aparılmış əməliyyat axtarış işləri nəticəsində partlamamış hərbi sursatdan təmizlənib. Bir gündə 100-dən çox partlayıcı sursat aşkar edilərək götürülüb və zərərsizləşdirilib.

Ümumiyyətlə, Dağlıq qarabağda sülhməramlılıq missiyası ərzində 24 hektardan çox ərazi və 8 kilometr yol təmizlənib. 750 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Daha çox göstər
Back to top button