BaşlıcaİdmanSiyasət

ER MN və AR Xİ nazirləri erməni hərbçilərinin geri dönməsi işlərini mühüm sayıb

Noyabrın 28-də Yerevana işgüzar səfərdə olan Artsax Respublikasının Xarici işlər naziri Masis Mailyan, Ermənistan Respublikasının Müdafiə naziri Vağarşak Harutyunyan ilə görüşübdür.

DQR Xarici İşlər Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəsmisi “Armenpress”-ə bildirib ki, Masis Mailyan Vağarşak Harutyunyanı ER Müdafiə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və mövcud çətin vəziyyətdə bunun daha böyük məsuliyyət daşıdığını vurğuladı.

Görüş zamanı tərəflər Rusiya Federasiyasının sülhməramlı missiyasının həyata keçirilməsinə toxunaraq, ölkədəki sabitliyin təmin edilməsi və humanitar sahədəki mürəkkəb problemlərin həlli üçün Artsax rəhbərliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri qeyd etdilər.

Nazirlər, Artsax Respublikasına qarşı azərbaycan-türk təcavüzü nəticəsində həlak olmuş erməni hərbiçilərin cəsədlərinin çıxarılmasının, itkin düşənlərin taleyinin üzə çıxarılmasının, hərbi əsirlərin və girovların azad edilməsinin vacibliyini vurğuladılar.

Daha çox göstər
Back to top button