
Ermənistanın yeni təyin olunmuş İqtisadiyyat naziri, “Menu Group”-un qida çatdırılması xidmətinin təssisçisi Vaan Kerobyan, noyabrın 9-da olan açıqlamasında xatırlanan bölgədəki nəqliyyat kommunikasiyalarının açılması nəticəsində daxili iqtisadiyyatın əldə edəcəyi imkanları açıqladı.
İctimai Televiziyaya verdiyi müsahibədə Kerobyan, uzun müddətdə Türkiyə limanlarının Azərbaycan bazarından istifadə edə biləcəyinə diqqət çəkdi.
Əlbəttə ki, açıq sərhədlər iqtisadiyyat üçün çox faydalıdır, çünki rəqabət nəticəsində daha yaxşı məhsullar yaranır, yəni iqtisadiyyatımız keyfiyyətcə dünya səviyyəsinə çata bilər.
Ölkəyə ucuz, keyfiyyətli mallar gətirilirsə, o zaman yerli istehsalmız daha yaxşı olacaqdır”- deyərək nazir qeyd edib.
“Əlbəttə ki, açıq sərhədlər iqtisadiyyat üçün çox faydalıdır, çünki rəqabət daha yaxşı məhsullar yaradır, yəni rəqabət nəticəsində iqtisadiyyatımızı dünya səviyyəsinə bərabərləşdiririk.
Ucuz və keyfiyyətli məhsullar əldə ediriksə, yerli istehsalçılar daha yaxşı olmalı olacaq”-deyərək nazir qeyd edib.
Müharibə zamanı 2020-ci il yanvarın 1-dən etibarən türk mallarının idxalının qadağan olacağına dair qanuna toxundu.
Söhbət təxminən 2200 növ məhsuldan gedir. Nəticədə, Ermənistanda təxminən 200 milyon dollarlıq bir bazar sərbəst buraxılacaq.
“İş ortaqlarımı bu siyahını götürməyə, hansı imkanların olduğunu görməyə, yanvarın 1-dən etibarən erməni məhsullarını türk malları əvəzinə mağazalarımızın rəflərində nümayiş etdirməyə çağırıram”-deyərək o, qeyd edib.
Onun sözlərinə görə, yaxşı bir qısamüddətli fürsətdir və uzun müddətdə sərhədlərin açılması geniş imkanlar yaradacaqdır.
“Məsələn, ixracatçılarımız Rusiyaya və digər ölkələrə məhsullarını indikindən daha rahat şəkildə ixrac edə bilərlər.
Türk limanları açılacaq və bir çox yaxşı imkanlar yaradılacaq.
Bəlkə də Azərbaycan bazarı bizim üçün və biizm bazarımız Azərbaycan üçünaçılacaq”-deyərək nazir qeyd edib.
Ona görə də, onun sözlərinə görə, Ermənistana bu fürsətlərdən istifadə edə biləcək yaxşı bilikli bir çox insan lazım olacaq.
“Biz bölgənin mühasirədən çıxarılmasından bütün faydaları əldə etməkçün bir proqram hazırlayacağıq”- deyərək Keropyan qeyd edib.