BaşlıcaBeynəlxalqMədəniyyət

Mükafatımı bütün həlak olmuş qəhrəmanlara həsr edirəm: Iveta Mukuçyan – VİDEO

Müğənni İveta Mukuçyan noyabrın 29-da Dubayda Distinctive International Arab Festivals Awards-da (DIAFA) iştiak edib. O öz mükafatını  erməni hərbçilərinə həsr edib.

Mukuçayan mükafatını alaraq tamaşaçılara müraciət edib və deyib ki, Ermənistanda yenə soyqırım törədilir  və Azərbaycanda hələ bir çox əsirlər var.

“Bu mükafatı erməni millətinin yaşaması üçün döyüş meydanında öz həyatını qurban verən  bütün hərbçilərə və dostlarıma həsr edirəm”- deyə o qeyd edib.

DIAFA Distinctive International Arab Festivals Awards Dubayda keçirilən illik nüfuzlu tədbirdir. Mükafat fərdlərə illik nailiyyətləri və cəmiyyətin inkişafına verdiyi töhfələrə görə verilir.

Bu şəxslər ixtisaslı komitə tərəfindən seçilir. Musiqi, sənət, mədəniyyət, ticarət, humanitar xidmətlər kimi müxtəlif sahələrdə əhəmiyyətli töhfələr verən nümayəndələrə mükafatlar verilir.

Daha çox göstər
Back to top button