
“Sputnik Armeniya”nın verdiyi məlumata görə ER prokurorluğu, Ermənistanın bir sıra keçmiş məmurlarına, Artsax Respublikasının bir sıra hazırkı üzvlərinə qarşı Azərbaycanın elan etdiyi axtarışa qarşı tədbirlər gördü. Bu haqda Prokurorluğun mətbuat xidməti məlumatlandırıb.
Azərbaycan müharibə günlərində Ermənistan Respublikasının keçmiş Müdafiə naziri Seyran Ohanyana, Ermənistan Respublikası parlamentinin deputatı Arman Babajanyana, Artsax Respublikasının Prezidenti Arayik Harutyunyana, Artsax Respulikasının müdafifə naziri Müdafiə Ordusunun komandiri Cəlal Harutyunyana, Prezidentin müşaviri David Babayana qarşı beynəlxalq axtarış elan edib
ER Baş prokurorluğu Polisin İnterpol Mərkəzi Bürosu ilə birlikdə Beynəlxalq Cinayət Polis Təşkilatının (İnterpol) Baş katibliyinə Azərbaycanın hərbi siyasət rəhbərliyi tərəfindən Ermənistan və Azərbaycana qarşı azğınlaşmış müharibədə beynəlxalq ənənəvi hüququ normalarınnın kobud şəkildə pozuntuları və hərbi cinayətlər barədə məlumat verib. Faktiki məlumatlar ötürülmüşdür.
“İnterpolun Baş katibliyi vasitəsi ilə qanunsuz axtarış cəhdlərinin qarşısının alınması, axtarış barədə sorğuların alınması amilində onlara start verilməməsi, qeyd olunan şəxslərin axtarışı barədə məlumatları İnterpolun müvafiq sənədlərinə tədbiq etməmək və onlarla bağlı İnterpol istiqamətləriylə hər hansısa əməkdaşlıq edilməməsi istiqamətində tədbirlər görülmüşdür.
Bu baxımdan, İnterpol Nizamnaməsinin 3-cü maddəsinə görə, təşkilatın siyasi, hərbi, dini, irqi xarakterli məsələlərə qarışması və ya onlara müdaxilə etməsi qətiliklə qadağan edilir”-deyərək məlumatda qeyd olunub.
ER prokurorluğu, eyni səbəbdən Azərbaycanın digər kəşfiyyat kanallarından istifadə cəhdlərini dayandırmaq üçün ardıcıl olacağını vurğulayıb.
İşin məxfiliyinin hiss olunacaq məviliyi olduğu qeyd olunur, bu səbəbdən başqa detallar bildirilmir.
Prokurorluq, həmçinin 2017-ci ildən bəri Azərbaycanın milliyyəti əsas götürərək başladığı siyasi motivli sorğular üzərində iş aparıldığını bildirir.
Məsələn, İnterpol Baş katibliyi Artsaxa səfər etmiş və orada fəaliyyət göstərənlərin cinayət təqibinə görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa vermək cəhdlərinə münasibət bildirdi.
Bu işlərə dair sorğular İnterpolun Nizamnaməsinə uyğun gəlmir, belə ki, bu cür sorğulara İnterpolun Baş katibliyi tərəfindən start verilmir.