ArtsaxBaşlıcaSiyasət

Fransa parlamentinin nümayəndə heyəti Ermənistana və Artsaxa səfər edəcək

Fransa parlamentinin nümayəndə heyəti dekabrın 6-dan 9-dək Ermənistanda və Artsaxda səfərdə olacaqdır. Bu barədə məlumatı Fransa Sosialist Partiyasının birinci katibi Olivye For onlayn brifinq zamanı verib.

“Biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək istəyirik və gələn həftə oraya səfərə gedəcəyik”,-deyə o qeyd etdi.

Onun sözlərinə görə, parlament nümayəndə heyətinin tərkibinə beynəlxalq əlaqələr katibi Jan-Mark Jermen və Alforvil millət vəkili İzabel Santiago da daxil olacaq.

Səfər ərzində Ermənistan və Artsax rəhbərliyi ilə görüşlər keçiriləcək. Fransalı deputatlar həmçinin Artsaxdakı humanitar vəziyyəti qiymətləndirmək, qaçqınlarla əlaqəli problemlərlə tanış olmaq istəyirlər.

Daha çox göstər
Back to top button