BaşlıcaSiyasət

Azərbaycan və Türkiyənin hərbi-siyasi rəhbərliyinə qarşı cinayət işi açılıb

2020-ci ilin iyul-avqust aylarında Azərbaycanın hərbi-siyasi rəhbərliyi Artsax Respublikası və Ermənistan Respublikasına qarşı təcavüz aktı həyata keçirməyi planlaşdırmışdı. Bu məqsədlə, Azərbaycan SQ rəsmiləri, Azərbaycan silahlı qüvvələrini beynəlxalq terror qruplarının muzdluları ilə tamamlanmasıyla bağlı Türkiyə rəsmiləri ilə ilkin razılığa gəliblər. Belə məlumatlar ER Prokurorluğunun beynəlxalq terrorizm işi ilə əlaqədar başlatdığı cinayət işində əldə edilmişdir.

Əldə edilən məlumata görə, Türkiyənin hərbi-siyasi rəsmiləri Artsax və Ermənistanda terror həyata keçirmək üçün “Sultan Süleyman Şah / Əl Amşat”, “Sukur”, “Al Hamzat”, “Sultan Murad” beynəlxalq terror təşkilatlarını maliyyələşdirib silah və sursat verərək, həmin təşkilatlardan terrorçu muzdluları seçərək onların Suriyadan Türkiyəyə, daha sonra Azərbaycana maneəsiz keçməsini təmin edib.

Prokurorluq bildirir ki, 2020-ci ilin sentyabrın 27-dən bəri “Sultanı Süleyman Şah / Əl Amşat” və “Sultan Murad” qruplarının 2000-dən çox muzdlusu Azərbaycan silahlı qüvvələri ilə birlikdə Artsax Respublikasına qarşı hərbi əməliyyatlarda fəal iştirak edib.

Bu faktlara əsasən, ER Cinayət Məcəlləsinin 217.1-ci (Terrorizmin maliyyələşdirməsi) maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əlamətləri ilə Ermənistan Respublikası Mərkəzi Hərbi Prokurorluğunda terrorçuluğun maliyyələşdirilməsi işi ilə bağlı yeni cinayət işi açılıb.

Cinayət işi ibtidai istintaqın aparılması barədə təlimatla ER İstintaq Komitəsinə göndərilib.

Daha çox göstər
Back to top button