BaşlıcaSiyasət

ER Müdafiə naziri Sergey Kopirkini qəbul etdi

Ermənistanın Müdafiə Naziri Vagarşak Harutyunyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkini qəbul etdi. 

Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, tərəflər Ermənistan-Rusiya müttəfiq əməkdaşlığının və siyasi dialoqunun dinamikasını, həm də müdafiə sahəsində səmərəli əməkdaşlığını yüksək qiymətləndirdilər.

“Ermənistan Respublikasının Müdafiə naziri, bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşdirilməsinə və Artsaxdakı sülhməramlı missiyanın effektivliyinə yönəlmiş Ermənistan, Rusiya Federasiyası və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrası çərçivəsində Rusiya Federasiyasının rolunu və səylərini xüsusi vurğuladı”,- deyə bəyanatda qeyd olunur.

Tərəflər, Dağlıq Qarabağda yaradılmış Rusiya İdarələrarası Humanitar Mərkəzinin fəaliyyətinə də əməmiyyət veriblər. Mərkəz, qaçqınların geri qaytarılması, mülki infrastrukturun bərpası, ölənlərin, əsir və itkin düşmüş şəxslərin axtma işlərini təşkil edir. 

Daha çox göstər
Back to top button