BaşlıcaBeynəlxalq

NATO, Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiyanın hərbi mövcudluğunun artdığını görür

NATO-nun xarici işlər nazirləri dekabrın 1-2-də videokonfrans formatında keçiriləcək Şimali Atlantika Şurasının iclasında Dağlıq Qarabağ və Belarus hadisələri kontekstində Rusiyanın dünyada artan hərbi təsirini müzakirə edəcəklər.

TASS xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama verib.

“Nazirlər Rusiyanın Alyans ətrafında hərbi fəallığının genişləndirilməsinə cavab olaraq daha nələr edə biləcəyimizi müzakirə edəcəklər. Rusiya nüvə arsenalını müasirləşdirir və yeni raketlər buraxır, Uzaq Şimaldan Liviya və Suriyaya qədər yeni qüvvələr ortaya qoyur. Biz, həmçinin Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiyanın hərbi mövcudluğunu artırdığını görürük”, – deyə NATO Baş katibi vurğulayıb.

Daha çox göstər
Back to top button