ArtsaxBaşlıcaSiyasət

Tiqran Avinyan Qırmızı Xaçın nümayəndə heyətini qəbul etdi

ER Baş nazirin müavini Tigran Avinyan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndə heyətinin rəhbəri Kleir Meytronu və nümayəndə heyətinin yeni təyin olunmuş rəhbəri Tieru Ribonu qəbul etdi. 

Bu barədə Hökumətinin mətbuat xidməti məlumat yayıb.

Kleir Meytron və Tieri Ribo BQXK-nın işini ətraflı şəkildə təqdim etdilər. Tərəflər, əsirlərin mübadiləsi, itkin düşənlərin axtarışı və həlak olanlarım cəsədlərinin axtarışı ilə bağlı bir sıra məsələləri müzakirə etdilər.

Tigran Avinyan, BQXK-nin dəstək vasitəçiliyi rolunu və yuxarıda qeyd olunan proseslərin sürətləndirilməsinin vacibliyini vurğuladı.

Baş nazirin müavini vurğuladı ki, Ermənistan tərəfi BMT konvensiyalarında və əlavə protokollarında təsbit edilmiş müharibə əsirlərinə göstərilən mədəni davranış qaydalarına tam sadiqdir. 

Avinyan bildirdi ki, hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi beynəlxalq humanitar hüququ pozub.

Tigran Avinyan, əsirlərin mübadiləsi prosesi ilə bağlı erməni tərəfinin təklif etdiyi əsas prinsip və mexanizmləri təqdim etdi. Prosesin sürətləndirilməsinin vacibliyini də vurğuladı. 

Tərəflər Artsaxdakı mövcud humanitar vəziyyətə və Artsax xalqının ehtiyaclarının qiymətləndirilməsi məsələlərinə də toxunduladr.

Daha çox göstər
Back to top button