BaşlıcaSiyasət

Vağarşak Harutyunyan ABŞ-ın ER-dəki səfirini qəbul edib

Noyabrın 30-da ER Müdafiə naziri Vağarşak Harutyunyan ABŞ-ın ER-dəki fövqəladə və səlahiyyətli səfiri Lin Treysini qəbul edib.

ER Müdafiə nazirliyinin verdiyi məlumata görə, səfir Treysi Vağarşak Harutyunyanı müdafiə naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb.

ABŞ səfirinin xahişiylə müdafiə naziri hərbi əməliyyatların dayandırılmasından sonra  əldə edilmiş razılaşmaların həyata keçirilmə prosesini təqdim edib. Əsirlərin qaytarılması, itkin düşənlərin tapılması və həlak olanların cəsədlərinin mübadiləsi məsələsi, eləcə də bu istiqamətlərdə QXBK, RF MN və Artsaxdakı Rusiya sülhməramlı kontingent komandası ilə həyata keçirilən intensiv işlər prioritet olaraq vurğulanıb.

Müdafiə naziri həm də bildirib ki, hərbi əməliyyatların təhlili və buraxılmışlıqların qiymətləndirilməsi aparılır, bu da nəinki struktur, qərar qəbul etmə prosedurlarına, taktikasına, həm də qanunvericilik dəyişikliklərinə səbəb ola biləcək.

Görüş zamanı müdafiə sahəsində erməni-amerikan əməkdaşlığına yeni təkan vermə imkanları da müzakirə olunub. Tərəflər əlavə müzakirələr nəticəsində tərəflərin prioritet maraqları və mənafeləri əsasında yeni əməkdaşlıq sahələrinin və istiqamətlərinin başlanacağı barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button