ArtsaxBaşlıcaSiyasət

Ara Ayvazyan KTMT iclasında Azərbaycandakı muzdlulardan danışdı

ER Xarici işlər naziri Ara Ayvazyan KTMT-nin üzv ölkələrinin xarici işlər nazirlərinin şurasının iclasında Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibəyə toxundu.

Bu barədə məlumatı ER Xarici İşlər Nazirliyi yayıb.

Ayvazyan Azərbaycanda olan muzdluların məsələsini qaldırdı. O qeyd etdi ki, Türkiyə Artsaxa qarşı müharibədə vuruşmaq üçün Suriya və Liviyadan Azərbaycana muzdlular göndərdi.

Ayvazyan həmkarlarının diqqətini Azərbaycanın Qafqaz bölgəsində beynəlxalq terrorizm ocağı yaratmaq üçün atdığı addımlara yönəltdi.

Nazir hərbi əsirlərin, girovların, cəsədlərin təcili olaraq mübadiləsinn zəruriliyini dilə gətirdi.

“Bəyanatdakı müvafiq müddəaya baxmayaraq, Azərbaycan hələ də onu həyata keçirməyə hazır deyildir”,- deyə nazir qeyd etdi.

O, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin yaradılması səylərini yüksək qiymətləndirdi və müttəfiqlərin Rusiyanın səylərini, eləcə də ATƏT-in Minsk qrupu həmsədrliyi çərçivəsində sülh prosesini dəstəkləməsinin gözlənildiyini bildirdi.

KTMT iclasında qəbul olunan bəyannamədə qeyd olunur ki, KTMT üzv ölkələri beynəlxalq terrorizmin təhlükələri ilə mübarizə aparacaq

Daha çox göstər
Back to top button