BaşlıcaSiyasət

DQ barədə imzaladığı üçtərəfli bəyanat həyata keçirilir: Vladimir Putin

Rusiya, Ermənistan və Azərbaycanın imzaladığı üçtərəfli bəyanat ardıcıl surətdə həyata keçirilir. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin KTMT sammitindəki çıxışı zamanı deyib.

“Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsinin qarşısını almaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyanın aktiv vasitəçilik səyləri lazım oldu. Eyni zamanda, ATƏT-in Minsk Qrupu həmsədrləri vasitəsilə əldə olunan təməl daşıyan razılaşmaları izlədik. İndi Rusiya, Azərbaycan, Ermənistan  tərəfindən imzalanmış üçtərəfli bəyanathəyata keçirilir. Münanaqişə xətii bpyunca və Laçın dəhlizində  Rusiya sülhməramlıları yerləşdirilmiş dir”- deyə putin qeyd edib.

Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişə zonasında zərər çəkmiş şəxslərə kömək etməyin vacibliyini vurğulayıb.

“İndi hamı birlikdə ümumi səylərlə döyüş əməliyyatları zonasında zərər çəkmiş insanlara kömək etmək, qaçqınların qayıtması ilə bağlı yaranan humanitar problemləri həll etmək, dağılmış infrastrukturu bərpa etmək, tarix, mədəniyyət və dini abidələrin mühafizəsini həyata keçirmək lazımdır. Rusiya tərəfi Yerevan və Bakı ilə əməkdaşlıq edərək artıq bununla məşğul olur” – deyə RF Prezidenti bildirib.

Onun sözlərincə, hazırda bu məsələ barədə digər beynəlxalq təşkilatlarla da müzakirələr davam edir.

Daha çox göstər
Back to top button