
Dağlıq Qarabağda müharibə ərzində itkin düşmüş hərbçilərin məsələsi RF ən yüksək rəhbərliyinin diqqət mərkəzindədir. Bu barədə Rusiyanın ER-dakı səfirliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti və humanitar mərkəz bu problemin həllində birbaşa iştirak edir. Məsələ ilə bağlı Ermənistan Respublikası və Azərbaycan Respublikasının səlahiyyətli orqanları, habelə səlahiyyətli beynəlxalq təşkilatlarla sıx əlaqədə saxlanılır.
Rusiya səfirliyi, Ermənistan Respublikası Müdafiə Nazirliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olan və itkin düşən digər hərbçilər haqqında məlumat toplamaq üçün xüsusi komissiya yaradıldığını xatırladıb.