
KTMT-nin Təşkilatın xarici işlər nazirlərinin iclası zamanı Dağlıq Qarabağda KTMT sülhməramlı qoşunlarının yerləşdirilməsi barədə danışılmayıb.
Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bildirdi.
“Biz Rusiyanın Ermənistan, Azərbaycan və Rusiya liderlərinin noyabrın 9-da imzaladıöl bəyanatını yerinə yetirmək üçün hansı tədbirləri gördüyünü ətraflı şəkildə təqdim etdik .Rus sülhməramlıları Ermənistanın Baş Naziri və Azərbaycan prezidentinin razılığı ilə oradadırlar, başqa bir fikir təqdim olunmayıb”,- deyə Sergey Lavrov qeyd etdi.