ArtsaxBaşlıcaSiyasət

Qarabağda əsirlərin və itkin düşənlərin cəsədlərinin mübadiləsi təzliklə həyata keçiriləcək. Sergey Lavrov

“Rusiya Dağlıq Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən gecikdirilməsi məsələsini müşahidə etmir. Ancaq prosesin irəliləməsi üçün obyektiv çətinliklər var”.

Bu barədə Rusiyanın xarici İşlər naziri Sergey Lavrov bildirib.

“Bu humanitar məsələnin təzliklə həll olunacağında maraqlıyıq. Sülhməramlılarımız artıq bu istiqamətdə bir sıra tədbirlər gördülər”,- deyə Lavrov bildirdi.

Nazir qeyd etdi ki, bu məsələ ER Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən telefon danışıqları zamanı mütəmadi olaraq qaldırılır.

“Beynəlxalq Qızıl Xaç Komitəsindən mütəxəssislərin cəlb olunması ilə məsələ tezliklə həll olunacaq. Sülhməramlılarımız da imkanları daxilində əlbəttə ki, buna yardım edəcəklər. Ümid edirəm ki, bu, tezliklə həll olunacaq.”,- deyə Sergey Lavrov vurğuladı.

Daha çox göstər
Back to top button