
Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrə Rusiyanın “Sputnik V” peyvəndi tədarük edəcək. Məlumatı Rusiya Prezidenti Vladimir Putin KTMT iclasında bəyan edib.
Rusiya Prezidentinin sözlərinə görə, koronavirusla bağlı çətin vəziyyətdə ilk növbədə sağlamlıq, sosial və iqtisadi sahələrdəki məsələlərlə məşğul olmaq məcburiyyətində qalıblar.
“KTMT dövlətləri infeksiya ilə mübarizə sahəsində sıx əməkdaşlıq qurublar. Rusiya KTMT-yə üzv ölkələrə tibbi avadanlıq, texnikia və sınaq sistemləri tədarük etmişdir. Rusiyanın “Sputnik V” peyvəndinin KTMT üzv ölkələrinə verilməsi məsələləri hazırda işlənilir”- deyə o qeyd edib.
Putin əlavə edib ki, peyvəndin KTMT tərəfdaşları ilə birgə istehsalı məsələsi də müzakirə olunur.