ArtsaxBaşlıcaSiyasət

Artsax MO komandiri ER Müdafiə nazirinə təmas xəttindəki vəziyyəti təqdim edib

Dekabrın 2-də, Artsaxa işgüzar səfəri çərçivəsində Ermənistan Respublikasının Müdafiə naziri Vağarşak Harutyunyan Artsax Respublikasının Müdafiə naziri, Müdafiə Ordusunun komandanı, general-leytenant Mikayel Arzumanyan ilə görüşüb. Bu barədə ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən “Armenpress”ə məlumat verilib.

Müdafiə Ordusunun komandanı Artsax-Azərbaycan təmas xəttindəki vəziyyəti, cəbhə xəttində aparılan işləri, yeni infrastrukturun yaradılması prosesini təqdim edib.

ER Müdafiə naziri Müdafiə Ordusunda aparılan genişmiqyaslı işləri vurğulayıb, iki erməni respublikasının təhlükəsizlik sisteminin dəyişdirilməsi və daha da gücləndirilməsi üçün mümkün olan bütün tədbirlərin görüləcəyinə əminliyini bildirib.

Rusiya sülhməramlı kontingenti ilə əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.

ER Müdafiə Naziri Vağarşak Harutyunyan Artsax Fövqəladə Hallar Dövlət Xidmətini də ziyarət edib.

Daha çox göstər
Back to top button