BaşlıcaSiyasət

Azərbaycan MN itkiləri açıqlayıb: 2783 nəfər ölüb, 100-dən çox hərbiçi itkin düşüb

Azərbaycan Müdafiə Nazirliyi Qarabağ Müharibəsi zamanı ordunun itkiləri barədə məlumatları açıqlayıb.  

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, 2783 nəfər hərbi qulluqçusu ölüb. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüş hesab olunur.

Qeyd olunur ki, hazırda 1245 hərbi qulluqçunun tibb müəssisələrində müalicəsi davam etdirilir.

Daha çox göstər
Back to top button