
Ermənistanda hərbi vəziyyət rejimi çərçivəsində mitinq, tətil və nümayişlərin keçirilməsinə qoyulan qadağa ləğv edilib.
Bu barədə məlumatı ER Baş naziri administrasiyasının sədri Eduard Ağacanyan yayıb. ER hökuməti də öz qərarını açıqladı.
Xatırladaq ki, Ermənistan Respublikasında sentyabrın 27-dən hərbi vəziyyət rejimi elan edilmişdir.