BaşlıcaBeynəlxalq
Fransada 18 məscid bağlana bilər

Fransa Dİ naziri Jerald Darmanin, Fransadakı məscidlərin nəzarətinə keçməyə başlayıb. Bu barədə Fransanın “Le Figaro” nəşri məlumat verib. Söz 76 məscid barədədir, onlardan 16-sı Parisdə və 60-ı Fransanın digər yerlərindədir. 76 məsciddən 18-i bağlanana qədər “qeyd-şərtsiz hərəkətlər” ediləcək.
Jerald Darmanin söyləyib ki, mövcud Fransa Prezidenti Emanuel Makronun devrilməsindən bəri son üç ildə 43 məscid bağlanılıb. Makronun aparatı tərəfindən hazırlanmış və dekabrın 9-da Nazirlər Kabinetinə təqdim ediləcək “İslamçı separatçı” layihəsi, məscidlərin maliyyələşdirilməsinə nəzarəti gücləndirməyi, müsəlman birlikləri üzərində nəzarəti artırmağı və xaricdən din xadimlərinin gəlməsinin qarşısını almağı hədəfləyir.