ArtsaxBaşlıca

Rusiya hərbi bazası Artsaxda uzunmüddətli təhlükəsizliyi təmin edəcək: Babayan

Dağlıq Qarabağda  Rusiya hərbi bazasının yaradılması respublikada uzunmüddətli sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhvə verə bilər. Bu barədə DQR Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Davit Babayan “RİA Novosti”ya verdiyi müshibə zamanı qeyd edib.

“Ekspert, o ölkənin vətəndaşı, siyasətçi olaraq düşünürəm ki, Artsaxda Rusiya bazasının olması çox yaxşı olardı. Özünüz düşünün: Rusiyanın çox güclü geopolitik potensialı var. Türkiyə Azərbaycanı yenidən təcavüzə sövq edirsə, yaraqlılar Türkiyənin nəzarətindən çıxsa və burada bir şey etməyə qərar versə, bu vəziyyətdə, Rusiyanın imicinə zərbə vurmağa çalışa bilərlər, təhlükəsizlik baxımından bizi çox çətin vəziyyətə salmaqdan hətta danışmayaq”- deyə Babayan qeyd edib.

Dağlıq Qarabağ Prezidentinin müşaviri bu kontekstdə düşünür ki, Rusiya hərbi bazasının Artsaxa yerləşdirilməsi doğru addım olacaq.

“Hər halda, hərbi baza, uzun müddətdə Artsaxdakı təhlükəsizliyi və sabitliyi xeyli möhkəmləndirəcək”- deyə o qeyd edib.

Daha çox göstər
Back to top button