
Rus sülhməramlılar Stepanakertin qənubunda təxminən 100 partlayıcı sursat zərərsizləşdirdi. Bu barədə RF Müdafiə Nazirliyi məlumat yaydı.
Qeyd olunur ki, rus istehkamçılar bir gündə 100-ə yaxın partlayıcı sursat aşkar edərək zərərsizləşdirdilər. Partlayıcı sursatlar aşkar edildikdən sonra xüsusi poliqonuna götürülür və zərərsizləşdirilir.
Daha əvvəl Rusiya MN-dən məlumat verilmişdi ki, Dağlıq Qarabağda mühəndislik bölmələri tərəfindən 38 hektardan çox ərazi, 12 kilometrlik yol minalardan təmizləndi, 117 ev və sosyal obyekt yolxlanıldı və 1 100-dən çox partlayıcı hərbi sursat zərərsizləşdirildi.