BaşlıcaSiyasət

Ara Ayvazyan münaqişənin həllinə nail olmaq üçün 4 addım qeyd edib

ER Xİ naziri Ara Ayvazyan ATƏT Nazirlər Şurasının 27-ci iclasında etdiyi çıxışda Qarabağ münaqişəsinin həlli və bölgədə davamlı sülhün bərqərar olması üçün nələrin edilməsi lazım olduğunu bildirib. XİN-in yaydığı açıqlamaya görə Ayvazyan 4 addım qeyd edib.

1.Artsaxın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əsaslanan Artsaxın statusu,  xalqının təhlükəsizliyi,

2. Artsax ərazilərinin Azərbaycan tərəfindən işğaldan çıxarılması,

3. son zamanlarda köçürülmüş insanların evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması,

4. Azərbaycanın nəzarətində olan ərazilərdə erməni mədəni və dini irsinin qorunması.

“Hamının hamıya”  prinsipi ilə hərbi əsirlərin, digər girovların dərhal və qeyd-şərtsiz mübadiləsi, qalıqların qaytarılması təxirə salınmadan həyata keçirilməlidir. Noyabrın 9-da üçtərəfli bəyanat, Dağlıq Qarabağ münaqişəsinin daimi siyasi həllinə səbəb olmur. Yalnız hər kəsin hüquqlarına hörmət göstərəcək siyasi danışıqlar yolu ilə həllə nail oluna bilər”- deyə o qeyd edib.

Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün Türkiyə sabitliyi pozan siyasətindən və gərginliyi artıra biləcək hərəkətlərdən çəkinməlidir. Ayvazyan qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin bəyanatını yüksək qiymətləndirir. Onun fikrincə, bu, danışıqlar yolu ilə münaqişənin hərtərəfli, davamlı, sülh yolu ilə həll etmək üçün onların birliyini və əzmini bir daha nümayiş etdirir.

Daha çox göstər
Back to top button