
ATƏT-in fəaliyyətdə olan sədri, Albaniya Baş naziri, Avropa və xarici işlər naziri Edi Rama ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu gün işə başlamış 27-ci iclasında bildirib ki, indi razılaşmaları yerinə yetirmək məqamıdır.
“Şükürlər olsun ki, Qarabağda hərbi əməliyyatlar başa çatdı. ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlar prosesinin bərpasını tamamilə dəstəkləyirəm. Danışıqlar davam etdirilməlidir”, – deyə o vurğulayıb.