ArtsaxBaşlıcaSiyasət

ATƏT Minsk qrupu bütün muzdluları Dağlıq Qarabağ bölgəsini dərhal tərk etməyə çağırır

Bütün xarici muzdlular Dağlıq Qarabağ bölgəsindən dərhal çıxarılmalıdır.

Bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının yayılmış bəyanatda Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa Avropa və xarici işlər naziri Jan-İv Lö Drian, ABŞ dövlət katibinin müavini Steven Biqanın bəyanatında qeyd olunur.

Həmçinin hərbi əsirlərin və həlak olanların meytlərini qarşılıqlı təhvil vermək barədə beynəlxalq humanitar hüququn müddəalarının yerinə yetirilməsinin vacibliyi də bəyanatda əks olunub.

Həmsədrlər ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi dövründə, o cümlədən son hərbi əməliyyatlar zamanı didərgin düşmüş insanların könüllü və təhlükəsiz şəkildə geri qayıtması üçün müvafiq şərait yaradılmasının zəruri olduğunu, Dağlıq Qarabağda və ətraf ərazilərdə tarixi, dini mirasın mühafizəsinin əhəmiyyətini də vurğulayıblar.

Bəyanat müəllifləri həmsədrlərin himayəsilə uzunmüddətli sülh razılaşmasına nail olmaq üçün Azərbaycan və Ermənistanı hazırkı atəşkəsdən yararlanmağa da çağırırlar.

“Bu baxımdan həmsədr ölkələr ilk fürsətdə həmsədrləri regionda qəbul edərək razılaşdırılmış cədvələ uyğun olaraq bütün həll olunmamış məsələlərə dair konkret danışıqlara başlamağa israrla çağırırlar”,- deyə bəyanatda qeyd olunur.

Daha çox göstər
Back to top button