Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı 130 mini ötüb

Azərbaycanda koronavirus infeksiyasına 4189 yeni yoluxma faktı qeydə alınıb, 2072 nəfər sağalıb, 40 nəfər isə vəfat edib. Bu barədə dekabrın 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib.

Aktiv xəstə sayı 50 989 nəfər təşkil edir.

Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 781 218 test aparılıb.

Daha çox göstər
Back to top button