BaşlıcaSiyasət

DQ ilə bağlı qətnamənin qəbulu Fransanın qəti etiraz səsini simvollaşdırır: Anna Nağdalyan

ER XİN spikeri Anna Nağdalyan, Fransa Parlamentinin Dağlıq Qarabağın tanınması zəruriliyinə dair qərarına toxunub və bu addımı alqışlayıb.

“Fransa parlamentinin həm aşağı, həm də yuxarı palataların bu ortaq mövqeyi, Fransanın və fransızların qəti etiraz səsini simvollaşdırır. Bu etiraz səsi Azərbaycanın Artsax xalqına qarşı Türkiyənin və terrorçu muzdluların dəstəyi ilə apardığı etnik təmizləmə və soyqırım təcavüzü siyasətinə qarşı yönəldilir”- deyə Nağdalyan qeyd edib.

O həm də mühüm sayır ki, qətnamədə eyni zamanda Artsaxın dinc əhalisinin təhlükəsizliyinin təmin edilməsinin zəruriliyinə, Azərbaycanın sülh prosesinin uğursuzluğuna, Türkiyənin dəstəyi ilə terror qruplarının, muzdlularının Dağlıq Qarabağda yerləşdirilməsinə toxunulur.

Bundan əlavə, XİN spikeri beynəlxalq ictimaiyyətin ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin qəti və ədalətli həlli lehinə atdığı addımları mühüm sayır. Bu addımlar eyni zamanda Artsax ermənilərinin təhlükəsizliyinin təmin edilməsi üçün əsas şərtlərdən birinə çevrilmiş Artsaxın öz müqəddəratını təyinetmə hüququna əsaslanan statusunun tanınmasına töhvə verir.

Daha çox göstər
Back to top button