ArtsaxBaşlıca

Fransız şirkəti Artsax Xilasetmə xidmətinə 6 maşın bağışlayacaq

Artsax Fövqəladə Hallar Dövlət Xidmətinin direktoru general-mayor Karen Sarkisyan bu gün Fransa Respublikasında fəaliyyət göstərən “Celise  care” QHT-nin direktoru Jan-Loui Messejeri, onun köməkçisi Silvia Morettini və təşkilatla əməkdaşlıq edən fransız-erməni Mikael Xaçikyanı qəbul edib. Bu barədə Artsax Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilir.

Qeyd olunur ki, ilin sonuna qədər fransız şirkəti Artsax Xilasetmə xidmətinə ümumilikdə 6 maşın bağışlayacaq.

“Fövqəladə Hallar direktoru bu çətin müharibədən sonrakı günlərdə dəstəyi və köməyi üçün təşkilat rəhbəri cənab Messեjerə təşəkkür edib.

Karen Sarkisyan həm də qeyd edib ki, bu illər ərzində Artsax və Fransa arasındakı dostluq həmişə humanizm՛ söykənmişdir.

Jan-Loui Messejeri, öz növbəsində qeyd edib ki, bu günlərdə əhaliyə kömək etmək öhdəliyi götürən qurumla işləməkdən məmnundur. Müharibədən sonrakı Artsaxın mümkün qədər dəstək vermə ehtiyacı və çatışmazlığı ilə də maraqlanıb. Razılaşma əldə edilib ki, yaxın günlərdə fövqəladə hallar işçilərinin müşayiəti ilə müharibənin yerindəki ziyanı görməsi üçün Stepanakerti və bölgələri ziyarət edəcəklər”- deyə məluymatda qeyd olunur.

Daha çox göstər
Back to top button