ArtsaxBaşlıcaSiyasət

Münaqişənin həll olunması barədə Azərbaycan tərəfinin iddiaları əsassızdır: Ara Ayvazyan

ER Xİ naziri Ara Ayvazyan hesab edir ki, münaqişənin həll olunması barədə Azərbaycan tərəfinin iddiaları əsassızdır. Bunu nazir Armenpress-ə müsahibəsində DQ münaqişəsinin nizamlanmasına toxunurkən bildirib.

“Görünən odur ki, belə bəyanatlarla çıxış edən Azərbaycan prezidenti də imzaladığı sənədin mahiyyətini tam anlamır. Üçtərəfli bəyanatın mətnindən və atəşkəsə vasitəçilik edən Rusiya Prezidentinin bəyanatından göründüyü kimi Artsaxın son statusu məsələsi həll edilmədi və bu məsələ gələcək danışıqların növbəti mövzusudur. ATƏT-in Minsk qrupunun digər həmsədrləri də bu məsələdə həmfikirdirlər”,-deyə Ayvazyan vurğuladı.

Ermənistanın XİN başçısı Ara Ayvazyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq ictimaiyyət Qarabağ sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu tanıdığı təqdirdə nizamlana bilər.

“Müharibə zamanı beynəlxalq ictimaiyyət bizim 26 il ərzində israr etdiyimiz anlayışı möhkəmləndirib və dərinləşdirib. Artsax heç bir statusla Azərbaycanın yurisdiksiyasında ola bilməz, Artsax erməniləri dünya xalqlarının sahib olduğu bütün hüquqlara sahibdirlər”.

Artsaxın Ermənistan tərəfindən tanınması məsələsindən danışan Ayvazyan, Artsax xalqına qarşı istifadə edilən hərbi gücün Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması üçün mübarizəni daha da gücləndirdiyini qeyd etdi.

Ayvazyan qeyd edib ki, üçtərəfli bəyanatın məqsədi Dağlıq Qarabağ münaqişəsi zonasında sabit atəşkəsin yaradılması və Artsaxa Rusiya sülhməramlılarının yerləşdirilməsidir. İndiki mərhələdə bu bəyanatın diplomatiya sahəsindən kənarda olan bəzi müddəaları həyata keçirilməkdədir.

“Dəfələrlə qeyd etdiyimiz kimi, Artsax ermənilərinin maraqları və hüquqlarının təmin edilməsi məsələləri ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində diplomatik sferada həll olunmalıdır. Və prioritetimiz məsələ ilə bağlı müzakirələri diplomatik sahəyə qaytarmaqdır”,-deyə Ara Ayvazyan vurğuladı.

Daha çox göstər
Back to top button