ArtsaxBaşlıcaSiyasət

Nazir: Erməni tərəfi “Hamının hamıya” prinsipi ilə razılaşıb

ER Xİ naziri Ara Ayvazyan bəyan edib ki, erməni tərəfi əsirləri “Hamının hamıya” prinsipi ilə dəyişməyə razılaşıb. Bu barədə nazir Armenpress-ə müsahibəsində deyib.

“Azərbaycanın bu məsələdə süni əngəllər yaratmayacağını gözləyirik. Əsirlər, girovlar və itkin düşmüş şəxslərin məsələsi ilə məşğuıl olan idarələrarası komissiya var və komissiya ER Müdafiə Nazirliyi tərəfindən kordinasiya edilir. Əsirlər, girovlar və itkin düşmüş şəxslərlə bağlı bütün məsələlər üzrə danışıqlar bu kanalla aparılır”,-deyə nazir qeyd etdi.

Ayvazyanın sözlərinə görə, indi prioritet əsirlərin hüquqlarının qorunması, vətənə qayıtması, cəsədlərin mübadiləsi, itkinlərin axtarışıdır.

Daha çox göstər
Back to top button