ArtsaxBaşlıcaSiyasət

Rus sülhməramlıları sülhü qorumaq üçün hər şeyi edirlər: Şoyqu

Rusiya sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edirlər və 30.000-dən çox insan Stepanakertə qayıdıb. “RİA Novosti”yə əsasən, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün keçirilən müşavirə zamanı açıqlama verib.

Nazir bildirib ki, sülhməramlılar kontingentinin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verib.

“İmzalanmış üçtərəfli atəşkəs bəyanatının şərtlərinə əməl edilir. Qeyd etmək istərdim ki, hərbçilərimiz peşəkarcasına hərəkət edir və bölgədəki sülhü qorumaq üçün hər şeyi edirlər” – deyə Şoyqu bildirib.
Rusiya müdafiə nazirinin sözlərinə görə, 30 mindən çox qaçqın Qarabağa qayıdıb.

Nazir həmçinin qeyd edib ki, Rusiya hərbi qulluqçuları ərazini və yolları partlayıcı maddələrdən təmizləyir.

“50 hektar ərazi və 17 kilometrdən çox yol minadan təmizlənib. Mindən çox partlayıcı obyekt zərərsizləşdirilib. Laçın dəhlizi və Stepanakertə gedən magistral yolun 28 km hissəsi təmizlənib. Mülki nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib” – deyə RF müdafiə naziri qeyd edib.
O əlavə edib ki, Rusiya sülhməramlıları dəhlizdə 3,5 min avtomobili müşayiət ediblər.

Müasir avadanlıq və cərrahiyyə şöbələri ilə təchiz olunmuş Şərqi hərbi dairənin tibbi dəstəsi də Qarabağda yerləşib. Mütəxəssislər işçilərə və yerli əhaliyə tibbi yardım göstərməyə başlayıblar.

“Qarabağla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nümayəndələri ilə qarşılıqlı əlaqə qurulub”- deyə Şoyqu vurğulayıb.

Onun sözlərincə, sülhməramlıların dəstəyi ilə Ermənistan və Azərbaycan arasında cəsədlərin mübadiləsi davam edir.

Daha çox göstər
Back to top button