ArtsaxBaşlıcaSiyasət

Sergey Lavrov: “Moskva Qarabağ nizamlanmasında ATƏT-dən böyük dəstək gözləyir”

Rusiyanın xarici İşlər naziri Sergey Lavrov videokonfrans formatında gedən ATƏT XİN başçılarının Şurasında çıxışı zamanı bildirib ki, Moskva ATƏT ölkələrindən Dağlıq Qarabağ üzrə nizamlanmada böyük dəstək gözləyir.

O qeyd etdi ki, münaqişələrin nizamlanmasında təşkilatın potensialına ehtiyac yüksək olaraq qalır.

“ATƏT məkanında böhran vəziyyətlərinin həlli ilə bağlı əldə olunan razılaşmalar iştirakçı dövlətlərdən daha çox dəstək almalıdır. Bu da onların reallaşdırılmasına yardım edəcək. Bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibətdə gözləyirik. Bu prosesə yardım etməyə davam edəcəyik. ATƏT-in Minsk qrupunun həmsədrləri arasında əməkdaşlığı dəyərləndiririk”, – deyə Lavrov qeyd edib.

Daha çox göstər
Back to top button