BaşlıcaBeynəlxalq

ABŞ-da anti-erməni qətnaməsi ləğv olunub

Amerika Hay Dat Komitəsinin (ANCA) və Amerikadakı erməni icmasının səyləri sayəsində anti-erməni qətnaməsi  ABŞ Konqresinin Nümayəndələr Palatasının gündəmindən çıxarılıb. Bu barədə beynəlxalq ekspert Suren Sarkisyan “Sputnik Armenia” ilə söhbətində bildirib. Söz 2021-ci ildə Azərbaycan-Türkiyə lobbisinin aktiv işi nəticəsində bir sıra anti-erməni bəyanatlarının yer aldığı müdafiə ayırmaları haqqında qanun layihəsindən gedir.

Sarkisyana görə, qanundakı maddə yalnız anti-erməni deyil, həm də anti-rus elementlərini əhatə edirdi. Beləliklə, Dağlıq Qarabağ və Abxaziya, Osetiya və Krım arasında bərabərliyin işarəsi qoyulurdu ki, bu da qəbuledilməz idi.

“Moldova, Gürcüstan, Ukrayna, Azərbaycandakı hadisələr, xüsusən ərazi bütövlüyü məsələsi eyni müstəviyə salmağa və əslində, bu dövlətlərin ərazi bütövlüyünü qorumaq üçün fərqli mənşəli bu münaqişələri birləşdirməyə cəhd göstərilirdi. Əgər Azərbaycan məsələsində Dağlıq Qarabağdan danışırıqsa, digər üç münaqişədə Rusiya Federasiyasına qarşı yönəlmişdi”- deyə beynəlxalq ekspert qeyd edib.

Daha çox göstər
Back to top button