BaşlıcaSiyasət

Həssas məsələdir və təcili həll yolu lazımdır: ER Xİ naziri əsirlərin qaytarılmasından danışıb

ER-nın yeni təyin edilmiş Xİ naziri Ara Ayvazyan RF Xİ naziri Sergey Lavrov ilə birgə mətbuat konfransı zamanı  vurğuladı ki, onun ilk xarici işgüzar səfərinin istiqaməti çoxəsrlik erməni-rus dostluğu və əməkdaşlığı ruhuna tam uyğundur.

Ermənistan Xİ naziri münaqişə zonasında göstərdiyi səylər və tam atəşkəs üçün Rusiya tərəfinə, şəxsən Sergey Lavrova dərin təşəkkürünü bildirib.

Nazir Ayvazyanın sözlərinə görə, noyabr ayında Rusiyanın idarələrarası nümayəndə heyətinin Ermənistana səfəri zamanı Yerevanda başlayan müzakirələri davam etdirəcəklər. Xüsusilə Rusiya sülhməramlı missiyasının fəaliyyəti, qaçqınların qayıtması üçün müvafiq şəraitin yaradılması, əhaliyə humanitar yardımın göstərilməsi üçün növbəti addımlar, infrastrukturun bərpası, eləcə də maddi-texniki təminat və digər məsələlər müzakirə olunur.

Nazir vurğulayıb ki, itkin düşmüş hərbçilərin axtarışı və mübadiləsi, məhbusların mübadiləsi, ölən hərbçilərin cəsədlərinin axtarışı və mübadiləsinin həyata keçirilməsi çox həssas məsələrlərdir. Xarici işlər naziri qeyd edib ki, xüsusən də Azərbaycan tərəfindən əsirlərə qarşı qeyri-insani, qəddar rəftarı barədə çoxlu məlumatı nəzərə alaraq bu məsələ təcili həll oliunmalıdır.

Daha çox göstər
Back to top button