BaşlıcaSiyasət

“Mətndə nə “Meqri” sözü var, nə də “dəhliz””

ER Baş naziri Nikol Paşinyan son zamanlarda geniş müzakirələrə səbəb olan “Meqri dəhlizi” məsələsinə münasibət bildirib.

Baş nazir qeyd edib ki, 9 noyabrda imzalanmış bəyanatın mətnində nə “Məqri” sözü var, nə də “dəhliz”. Bəyanatda başqa bir şey var – nəqliyyat infrastrukturunun blokdan çıxarılması.

“Gələcək haqqında düşünmək istəyiriksə, iqtisadi həyatda yeni amillərin meydana çıxması barədə düşünməliyik. Ermənistan-Rusiya və Ermənistan-İran dəmir yolunun bərpası iqtisadiyyatımızda əhəmiyyətli bir şeyi dəyişəcəkmi? Düşünürəm ki, bəli. Məsələyə bu kontekstdə baxsaq, mənzərə fərqli görünür”,-Paşinyan qeyd etdi.

Baş nazirin sözlərinə görə, indi daha vacib məsələlər həll olunur. Artsaxlılara və onları sığınacaq verən ailələrə, yaralılara ER hökumətinin qərarı ilə maliyyə dəsətk verilir. Hökumət Syunikdə və Geğarkunikdə müharibə əməliyyarları zamanı zərər çəkmiş evlərin bərpası üçün də vəsaitlər ayırıb.

Paşinyan deyib ki, yaxın vaxtlarda müharibədə iştirak etmiş tələbələrin və ya iştirakçıların tələbə övladlarının təhsil haqlarının ödənilməsi planlaşdırılır.

Paşinyan, Artsax hökuməti ilə Artsaxda zədələnmiş evləri bərpa etmək və Artsax xalqını mənzillərlə təmin etmək üçün çalışdıqlarını qeyd etdi.

Daha çox göstər
Back to top button