ArtsaxBaşlıcaSiyasət

Paşinyan: Danışıqlar prosesinin bərpasında müəyyən irəliləyiş var

Danışıqlar prosesinin bərpasında müəyyən irəliləyiş var. Bunu ER Baş naziri Nikol Paşinyan ATƏT-in Mink qrupu həmsədrlərinin bəyanatına istinadla bildirib.

“Qarabağ münaqişəsinin həllində birlikdə işləmək və tam danışıqlar prosesini bərpa etmək istəyi bir daha təsdiqləndi. Bu, 9 noyabr bəyanatında qeyd olunan atəşkəsi gücləndirmək üçün mümkün bir amildir”,-Paşinyan qeyd etdi.

Onun sözlərinə görə, beləcə əsgərlərin xidməti daha təhlükəsiz olacaqdır. Paşinyan vurğulayıb ki, hazırda sərhəddə gərginlik yoxdur və hökumət əsgərlər üçün yaşayış şəraitinin yaradılması ilə məşğuldur.

“Əlbətdə ki, çətin məsələlər var, çətin vəziyyətlər var, amma qlobal sual budur: Nə edəcəyik? Təslim olacağıqmı? Yox, olmayacağız və bu ağır yükü ləyaqətlə daşıyacağıq”,-deyə Baş nazir qeyd etdi.

Daha çox göstər
Back to top button