ArtsaxBaşlıcaSiyasət

Rusiya hərbi əsirlərin mübadiləsinin tezliklə baş tutmasına yardım edəcək: Lavrov

Rusiya hərbi əsirlərin mübadiləsinin tezliklə baş tutmasına Dağlıq Qarabağdakı sülhməramlılar vasitəsilə hər cür yardım edəcək. Bunu ER və RF Xİ nazirlərinin birgə  mətbuat konfransı zamanı  Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu mövzunun əsirlikdə olanların doğmaları, yaxınları üçün nə qədər acı olduğunu bilirik. Həlak olanların cəsədlərinin mübadiləsi də problemin emosional hissəsidir, bunun da tezliklə həll olunması vacibdir”- deyə Lavrov qeyd edib.

O üçtərəfli bəyanatın vacibliyini vurğulayıb qeyd edib ki, bunun nəticəsində müharibə dayandırıb. Lavrova görə, bu bəyant qaçqınların öz evlərinə qayıtmasına imkan verdi. İqtisadiyyatın bərpa olunması ilə bağlı razılıq, humanitar problemlərin həlli, kommunikasiya və nəqliyyatın bərpa olunmasına dair razılıqlarla Cənubi Qafqazın ziddiyyətlər regionundan sabitlik və çiçəklənən regiona çevrilməsinə real şərait yaratdı.

“Rusiya sülhməramlıları cavabdeh olduqları zonada yerli əhali ilə fəal əməkdaşlıq edir. Onlar qaçqınların qayıtmasına, ərazilərin minalardan təmizlənməsinə köməklik göstərir, Dağlıq Qarabağın sakinlərinə tibbi yardım edirlər. Azərbaycan və Ermənistan tərəfi ilə sıx təmasda humanitar yardım mərkəzi yaradılır. Biz regionda dinc həyatın bərpa olunması üçün resurslarını, təcrübəsini, potensialını istifadə etməyə hazır olan beynəlxalq təşkilatların fəaliyyətlərini hər cür dəstəkləyirik”- deyə o qeyd edib.

Lavrov ümid bildirdi ki, Rusiyada olan ER Xİ naziri Ara Ayvazyanla üçtərəfli razılaşma çərçivəsində bundan sonra nə ediləcəyini və Ermənistan və Rusiya ilə əlaqəli məsələləri müzakirə edəcəklər.

Daha çox göstər
Back to top button