
Rusiya Sülhməramlı Əməliyyatının İdarəsinin Tibbi Dəstək Mərkəzinin rəisi, podpolkovnik Yegor Demidoviç jurnalistlərə açıqlamasında Dağlıq Qarabağda tibbi kadr çatışmazlığının olduğunu və məsələnin Rusiya sülhməramlılarının köməyi ilə həll olunduğunu söyləyib. Məlumatı RİA Novosti bildirir.
“Təəssüf ki, müharibə zamanı bir çox həkim buradan ayrılıb və bu günə qədər qayıtmayıb. Eyni zamanda Yerevan və Ermənistandan mütəxəssislər gəlib əməliyyatlar ediblər. Ancaq döyüş əməliyyatları bitdi, getdilər. Bu səbəbdən indi kadr çatışmazlığı var, bəzi bölgələrdə daha kəskin, bəzilərində daha azdır”- deyə o qeyd edib.
Demidoviçin sözlərinə görə, rus mütəxəssislər həmin məlumatları toplayır, ümumiləşdirirlər, təhlil edirlər, eyni zamanda tibbi yardımın təşkili üçün təkliflərini Qarabağ tərəfinə təqdim edirlər.
“Bu məsələdə təcrübəmiz var. Dinləyirlər”- deyə Demidoviç qeyd edib.