
Syunik icra hakimiyyəti başçısının müavini Narek Babayan erməni tərəfinin Syunikdəki Aravus kəndi ərazisinin Azərbaycana təhvil verilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Dekabrın 6-da korpus komandiri ilə birlikdə Azərbaycan tərəfi ilə görüşüblər və müzakirə aparıblar. Bəzi geri çəkilmə olub, amma Laçın ərazisində. Syunik ərazisindən və Ermənistanın dövlət ərazisindən 1 metr torpaq belə güzəşt olmayıb”,-deyə Babayan qeyd etdi.
Onun sözlərinə görə, Aravusun özünümüdafiə dəstəsi Laçından ER dövlət sərhədinə qayıdıb.