
Noyabrın 9-da Moskvada imzalanan üçtərəfli bəyanat kapitulasiya aktı deyildir. Bunu ER Parlamentinin deputatı Hovhannes İgityan bildirdi.
“Kapitulyasiya onu deməkdir ki, düşməninizə sərhədlərinizi, toxunulmazlığınızı verirsiniz. Biz verməyə razıyıqmı? Əlbəttə ki, xeyr”,- deyə deputat qeyd etdi.
İgityan onu da deyib ki, üçtərəfli bəyanatın Dağlıq Qarabağ münaqişəsinin həlli olduğuna belə razı deyildir. Bunun ATƏT-in Minsk Qrupunun danışıqlar konsepsiyasına daxil olmaması istiqamətində çalışdığını da qeyd etdi.
“Mən israr edirəm ki, Parlament bir bəyanat yaymaldır və bu bəyanatın Dağlıq Qarabağ münaqişəsinin həlli konsepsiyasına çevrilməməsi ilə bağlı fikir ayrılığını dilə gətirməlidir”,- deyə Igityan bildirdi.
Bəyanat nəticəsində atəşkəs oldu, eyni zamanda Artsax ermənilərinə qarşı ədalətsizlik olub.
İgityanın sözlərinə görə, müharibə zamanı imzalanan hər hansı bir sənəd müqavilə hesab edilə bilməz